“Report”un Muğan bürosunun məlumatına görə, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb. Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.
Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.