Gəncədə qadın özünü binanın üçüncü mərtəbəsindən atıb
19-09-2021, 20:36
Gəncədə intihara cəhd olub.
Hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Orta yaşlı qadın həmin ünvandakı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən özünü atıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Onun intihara cəhd etməsinin səbəbləri məlum deyil.