Rusiyanın Dövlət Universitetində silah səsləri eşidildi
20-09-2021, 11:37
Rusiyanın Sibir bölgəsindəki Perm Dövlət Universitetində silah səsləri eşidilib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Məlumata görə, naməlum şəxs ətrafa atəş açıb. Azı 1 yaralının olduğu bildirilir. Əraziyə polislər cəlb edilib. Araşdırmalar davam edir.