Perm Dövlət Universitetinə silahlı basqın edən şəxs saxlanılıb - SON DURUM
20-09-2021, 11:53
Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın edən şəxs saxlanılıb.
“Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində silahlı şəxs saxlanılıb. Tələbələrin və müəllim heyətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülür”, - Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunur.
Hələlik saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir.