Britaniya taxt-tacının 11-ci varisi dünyaya gəlib 21-09-2021, 08:17 Britaniya kraliçası II Yelizavetanın 12-ci nəticəsi, eyni zamanda taxt-tacın 11-ci varisi dünyaya gəlib.Şahzadə Beatrisin qızı anadan olub. Londondakı “Çelsi” xəstəxanasından dünyaya göz açan körpənin çəkisi 2.77 kq-dır.Qeyd edək ki, şahzadə Beatris II Yelizavetanın oğlu şahzadə Endryunun qızıdır.Mənbə: TASS Facebook-da paylaş