Hərbçilərimiz Şuşaya girmək istəyən sülhməramlı maşınını saxladı

21-09-2021, 20:17           
Hərbçilərimiz Şuşaya girmək istəyən sülhməramlı maşınını saxladı
Bu yaxınlarda Azərbaycan hərbçiləri Şuşaya girən rus “UAZ” maşınını dayandırıb.
Teref.az xəbər verir ki, Azərbaycan tərəfinin maşında yoxlama apararması Rusiya əsgərlərini şoka salıb.
Bildirilib ki, onların artıq bir ilə yaxındır Qarabağda olmasına baxmayaraq, Azərbaycan əsgərləri onları ilk dəfə yoxlayır.
Sözügedən proses KİV-in Ermənistan seqmentində ciddi etiraz və narahatlığa səbəb olub.
Onlar bildirib ki, sülhməramlıların eks-komandanı Rüstəm Muradovun gedişindən sonra yeni təyin olunan general-mayor Mixail Kosobokovun kontingentə rəhbərlik etməsi Azərbaycanın “xeyrinədir”.
Lakin erməni kütləsi bilməlidir ki, onlardan fərqli olaraq istənilən rus silahlısının öz torpağında olmasını istəmir. Azərbaycanın xeyrinə olan yalnız sülhməramlılarsız və erməni diversantlarından təmizlənmiş Qarabağdır.unikal.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru