Almaniyada avtobus sürücülərini girov götürmüş şəxs zərərsizləşdirilib - YENİLƏNİB

22-09-2021, 07:02           
Almaniyada avtobus sürücülərini girov götürmüş şəxs zərərsizləşdirilib - YENİLƏNİB
Almaniyada avtobus sürücülərini girov götürmüş şəxs zərərsizləşdirilərək saxlanılıb.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, hazırda insidentin səbəbləri araşdırılır.

Almaniyada sərnişin iki nəfər avtobus sürücüsünü girov götürüb.

Hadisə Nürnberq yaxınlığındakı A9 magistralında baş verib.

İnsident səbəbindən yolda hərəkət dayandırılıb.

Əraziyə xüsusi təyinatlı polis bölməsi göndərilib.

Avtobusun Almaniyaya xarici ölkədən gəldiyi bildirilib.

Mənbə: “Reuters”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru