"Səni öldürəcəyəm, kimsə də tapa bilməyəcək" deyib iki uşaq anasına təcavüz etdi - VİDEO

22-09-2021, 15:12           
"Səni öldürəcəyəm, kimsə də tapa bilməyəcək" deyib iki uşaq anasına təcavüz etdi - VİDEO
İstanbulda yaşanan iyrənc olay hər kəsi şoka salmaqla yanaşı, qəzəbinə səbəb olub.

Milli.Az xəbər verir ki, "Show Haber"den Tuğba Södekoğlunun verdiyi xəbərə görə, şübhəli şəxs psixoloji müalicə alan gənc qadını "gəl, bir pişik yedirək" deyərək aldadıb və tərk edilmiş bir evə apararaq orada təcavüz edib. Təcavüzkar gənc qadını hədələyərək, "səni öldürəcəyəm, parçalarını itlərə atacağam, səni heç kim tapa bilməyəcək" deyib.

Təcavüzkar nəzarətə alınsa da, ancaq məhkəmə nəzarəti şərtilə sərbəst buraxılıb. Yerli sakinlər şübhəlini küçənin ortasında linç etmək istəyiblər. Məhəllə sakinləri "Hamı narahatdır, qonşuluğumuzda belə bir adamın olmasını istəmirik" deyərək üsyan qaldırıblar. Gənc qadının yeganə istəyi isə təcavüzkarın tutulmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru