Rusiyada "An-26" təyyarəsi radardan itdi

22-09-2021, 15:58           
Rusiyada "An-26" təyyarəsi radardan itdi
Rusiyanın Xabarovsk vilayətində "An-26" tipli təyyarə radarlardan itib.
Yeniavaz.com "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatına Nəzarət Xidməti məlumat yayıb. Hadisə Xabarovskdan 40 kilometr aralıda baş verib. Hazırda təyyarənin axtarışı həyata keçirilir.
Hadisə zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 6 ekipaj üzvü olub. Hadisənin dəqiq səbəbləri müəyyələşdirilməyib.
Aviaşirkət də məsələyə münasibət bildirib. Qeyd olunur ki, təyyarə 1 həftə əvvəl texniki baxışdan keçirilib.
Hazırda hadisəyə əsas səbəbi kimi ekipaj üzvlərinin səhvi göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru