ABŞ Rusiyanı əsas hərbi təhlükə adlandırıb

23-09-2021, 00:03           
ABŞ Rusiyanı əsas hərbi təhlükə adlandırıb
Amerikalı generalın fikrincə, Çin "uzunmüddətli təhlükədir", ancaq Rusiya daha çox hərbi gücə malikdir.
Amerika Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəisi Qlen Van Herkə görə, Rusiya ABŞ üçün əsas təhdiddir. Bu barədə o, "Air Force Magazine"ə verdiyi müsahibədə bildirib.

"Rusiya bu gün vətən üçün əsas hərbi təhlükədir. Bu, Çin deyil, Rusiyadır", - deyə Van Herk qeyd edib.

Onun sözlərinə görə, Çin "uzunmüddətli təhlükədir", ancaq Rusiya daha çox hərbi gücə malikdir.

"Su qayıqlarına, bombardmançılara, qanadlı raketlərə və s. malik olan Rusiya əsas hərbi təhlükə yaradır", - deyə Şimal Komandanlığının rəhbəri fikrini yekunlaşdırıb.

Moskva isə dəfələrlə vurğulayıb ki, onun digər dövlətlərə qarşı aqressiv niyyəti yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru