Çayda boğulan kişinin meyiti helikopterlə çıxarıldı - FOTOLAR

23-09-2021, 19:16           
Çayda boğulan kişinin meyiti helikopterlə çıxarıldı - FOTOLAR
Zaqatalada çayda boğulan 53 yaşlı kişinin meyiti helikopter vasitəsilə çıxarılıb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Qəbizdərə kənd sakini, 1968-ci il təvəllüdlü Abdulbari Müslüm oğlu Abdulxalıqovun meyiti FHN-in helikopteri vasitəsilə Katex çayından çıxarılıb.

Qeyd edək ki, Abdulbarı Abdulxaliqov səhər saatlarında çayı keçmək istəyərkən suda boğulub və onun meyitini çıxarmaq mümkün olmamışdı.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru