Elbrus dağında 5 turist əlverişsiz hava səbəbindən həlak olub

24-09-2021, 07:25           
Elbrus dağında 5 turist əlverişsiz hava səbəbindən həlak olub
Elbrus dağında əlverişsiz hava şəraiti ilə səbəbindən həlak olan rusiyalı turistlərin sayı 5 nəfərə çatıb.

Bu barədə “Report” Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qrupun tərkibində 19 nəfər olub. Alpinistlərin olduğu ərazidə küləyin sürəti saniyədə 50-70 metrə çatıb, havanın temperaturu mənfi 20 dərəcəyə enib. Onlar əlverişsiz hava şəraitində 3 900 metrdən yüksək zirvədə qaldıqlarından kömək istəyiblər.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri alpinistlərin olduğu əraziyə cəlb olunub və onların 14-ü tapılaraq xilas edilib. Onlardan bir neçəsinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Bununla da alpinistlərin xilasetmə əməliyyatı başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru