Quraqlıq 64 il əvvəl yoxa çıxan şəhəri üzə çıxardı - FOTO

24-09-2021, 09:15           
Quraqlıq 64 il əvvəl yoxa çıxan şəhəri üzə çıxardı - FOTO
ABŞ-da şiddətli quraqlıq 64 il əvvəl su altında qalan Rokport şəhərini üzə çıxarıb.

Görüntüləri Devon Dyui adlı gənc özünün “Twitter” hesabında paylaşıb.

On illər əvvəl su altında qalan şəhərin binalarının özülləri Yuta ştatında görünməyə başlayıb. Video müəllifinin sözlərinə görə, o, adətən su olan ərazidə köhnə evlərin təməlini və yolları görüb.

“Özüllər köhnə və çoxu yoxa çıxmış olsa da, hara baxacağınızı bilsəniz, onları aydın görə bilərsiniz”, - deyə o bildirib.

Qeyd edək ki, Veber vadisində, Tri-Mayl kanyonunun girişində yerləşən şəhər 1957-ci ildə “Uenşip” bəndinin inşası üçün batırılmışdı. Sakinlərin etirazına baxmayaraq, ABŞ hökuməti bütün vadini satın alaraq, orada “Rokport” Su Anbarı yaratmışdı.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru