ABŞ-da məktəbdə atışma: yaralanan var

1-10-2021, 00:05           
ABŞ-da məktəbdə atışma: yaralanan var
Hadisədən sonra polis şagirdləri təxliyə edib

ABŞ-ın Tennessi ştatında ibtidai məktəblərin birində atışma baş verib. AYNA xəbər verir ki, bu barədə yerli polis şöbəsi məlumat yayıb.

Atışma nəticəsində bir azyaşlı xəsarət alıb. Azyaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisədən sonra polis şagirdləri təxliyə edib və hadisə ilə bağlı araşdırma aparır. Polis atəş açmaqda şübhəli bilinən şəxsin yerini hələ müəyyən etməyib.

Müəllif: Ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.