Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac yaranıb -FOTOLAR

14-03-2016, 01:41           

Bayram bazarlığına gedənlər geri qayıda bilmir
Azərbaycanla Gürcüstan arasında - Sınıq Körpü sərhəd-keçid məntəqəsində böyük tıxac yaranıb. Belə ki, Gürcüstandan ölkəmizə gələn insanlar saatlardır sərhədi keçə bilmirlər.

Bu barədə musavat.com-a hazırda sərhəddə qalan vətəndaşlardan biri məlumat verdi: "4 saatdan artıqdır sərhəddə ilişib qalmışıq. Azı 1000 maşın sərhədi keçmək üçün növbə gözləyir. Ən yaxşı halda yarım saata 1 maşın buraxılır. Gürcüstan tərəfdən deyirlər ki, problem onlarda deyil. Bizə verilən məlumat budur ki, Azərbaycana gəlmək istəyən vətəndaşlar və maşınlar çox ciddi şəkildə yoxlanılır və bu üzdən gecikmə baş verir. Bir neçə saat maşında oturduq, hava da çox soyuqdur, artıq əksər maşınlarda yanacaq tükəndiyindən avtomobillərin içində soyuqda oturmaq mümkün deyil, camaat yerə düşüb tonqal qalayıb qızınır. Tixacın uzunluğu 3 kilometrə çatır. Sərhəddə qalanların əksəri qərb bölgəsinin sakinləridir. Onlar Novruz bayramı öncəsi bazarlıq etmək üçün Gürcüstana gediblər, indi saatlardır ölkəyə qayıda bilmirlər".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru