Bakıda biznesmenlərin 2 milyon dollarlıq kredit davası - TƏFƏRRÜAT

14-03-2016, 21:45           
Bakıda biznesmenlərin 2 milyon dollarlıq kredit davası - TƏFƏRRÜAT
Bakı sakini tanışının onun adından götürdüyü krediti geri qaytarmaması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü, Binəqədi sakini Abbasov Ruslan Xalid oğlunun ərizə yazaraq bildirib ki, 2014-cü ilin 18 avqust tarixində tanışı Qarayev Rafail Nüsrət oğlu kommersiya banklarından birindən onun adına etibarından sui-istifadə edərək 2 milyon ABŞ dolları kredit götürüb. Lakin həmin şəxs müəyyən bəhanələrlə pulu ödəməyib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına müraciət edən R.Abbasov biznesmendir və şirkət təsisçisidir. Bankdan krediti götürən R.Qarayev də iş adamıdır.

Müraciət əsasında araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru