Vilyət Eyvazov DİN-nin birinci müavini oldu

14-03-2016, 22:15           
Vilyət Eyvazov DİN-nin birinci müavini oldu
Azərbaycan daxili işlər nazirinin birinci müavini postuna təyinat olub

teref.az-nun məlumatına görə, prezident İlham Əliyevin martın 11-də imzaladığı sərəncamla polis general-leytenantı Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin edilib.

DİN-dən məlumatı təsdiqləyiblər.

V. Eyvazov buna qədər daxili işlər nazirinin əməliyyat işləri üzrə müavini olub.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin birinci müavini postu yaradılıb.

Bu, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanında əksini tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru