56 yaşlı kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət etdi, 1 il cəza aldı - Azərbaycanda

15-03-2016, 14:23           
56 yaşlı kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət etdi, 1 il cəza aldı - Azərbaycanda
Abşeron rayon sakini, 1963-cü il təvəllüdlü Aydın Qəniyev 11 yaşlı Samirə Babayeva (ad və soy ad şərti göstərilib) ilə cinsi əlaqədə olub.

Hadisə Abşeron rayonu, Qobu qəsəbəsində baş verib. Aydın Qəniyev sərxoş vəziyyətdə cinsi ehtirasını təmin etmək istəyib.

Bu zaman onun qarşısına qonşusunun 11 yaşlı qızı çıxıb. Aydın Qəniyev həmin qızla cinsi əlaqədə olmaq istəyib. 11 yaşlı qıza təcavüz Bu məqsədlə Aydın Qəniyev Samirə Babayevanı gizli bir yerə aparıb. 56 yaşlı kişi 11 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Aydın Qəniyev daha sonra qıza bu barədə vbaldeynlərinə bir söz deməməyi tapşırıb. Amma 11 yaşlı qız Aydın Qəniyevin hərəkətləri barədə valideynlərinə danışıb. Samirə Babayevanın valideynləri Aydın Qəniyevin hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Polisin keçirdiyi əməliyyat nəticəsində Aydın Qəniyev həbs edilib.

Əxlaqsızlıq etdi, 1 il cəza aldı Aydın Qəniyev Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham edilib. Onun cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aydın Qəniyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydın Qəniyev apelyasiya şikayəti verib.

Aydın Qəniyevin vəkili Novruz Əliyev birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Aydın Qəniyev barəsində Cinayət Məcəlləsinin 153-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Aydın Qəniyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Aydın Qəniyevin apelyasiya şikayəti təmin edilməyib. ( Teleqraf.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.