Məsciddə uşaqlar belə məhv edilir - Bakıda biabırçılıq (VİDEO)

16-03-2016, 00:48           
Məsciddə uşaqlar belə məhv edilir - Bakıda biabırçılıq (VİDEO)
Ötən gün sosial şəbəkələrdə azyaşlıların mərsiyə deyərəkən görüntüləri yayılıb

teref.az femida.az-a iatinadən xəbər verir ki, həmin görüntülər "Məşədi Dadaş" məscidində həvəskar kameralar tərəfindən lentə alınıb. Kərbəla faciəsi ilə bağlı təşkil olunan mərasimdə azyaşlıların sinə döymələri sosial şəbəkələrdə müzakirələrə səbəb olub və onların valideyinləri tənqid olunub.

Qeyd edək ki, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsində göstərilir ki, hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Lakin uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.

teref.az həmin görüntüləri təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru