"“Palsüd” məhsullarına 10 faiz endirim edib" - Mağazalar isə müştəriləri aldadır

16-03-2016, 01:59           
"“Palsüd” məhsullarına 10 faiz endirim edib" - Mağazalar isə müştəriləri aldadır
Ölkədə baş verən devalvasiya böhranında demək olar ki, bütün istehsal müəssisələri qiymət artımına getdi.

Amma Türkiyədə yaşayan, azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu "Palmali” şirkətinin nəzdində fəaliyyət göstərən "Palsüd” zavodu öz məhsullarında qiymət artımına getmədən əvvəlki qiymətlərlə satışını davam etdirdi.

Əldə etdiyimiz məlumata görə mart ayının ikinci həftəsindən süd məhsullarına əlavə 10% endirim kampaniyasına start versə də, bəzi mağaza və marketlər bu kampaniyadan öz çıxarları üçün istifadə edir və müştərilərini məlumatlandırmır. Bu informasiyanı adı çəkilən şirkətdən də təsdiq etdilər.

"Palmali” Bakı ofisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu ” Açığı, bu barədə bizə məlumatlar daxil olub. Vətəndaşları şirkətimizin məhsullarını alarkən endirim kampaniyasından yararlanmağa çağırırıq. Mart ayının 22 nə qədər davam edəcək kampaniya çərçivəsində məhsullarımıza 10% endirim davam edir. Daimi müştərilərimiz Əliəşrəf Əlizadə 29 ünvanındakı firma mağazamıza da müraciət edə bilər”, - deyə bildirib.///aztoday.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru