Rafiq Abbasovun bacısı oğluna vəzifə verildi

16-03-2016, 20:29           
Rafiq Abbasovun bacısı oğluna vəzifə verildi
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

teref.az aznews.az-a istinadn bildirir ki, bir müddət əvvəl sərəncama götürülən idarənin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayevin müavini Mürsəl Zeynalovun yerinə təyinat olub.
Belə ki, Texniki Təminat şöbəsinin rəisi Rail Süleymanov yol-patrul xidməti alayının komandirinin müavini vəzifəsinə təyin edilib.

Rail Süleymanovun yerinə isə inspektor kimi çalışan Cabir Hüseynov təyin edilib.

Məlumat üçün bildirək ki, Cabir Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Rafiq Abbasovun bacısı oğludur. O, 2014-cü ildə daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru