Putinə şikayət edilən kriminal başçı öldürüldü - FOTO

4-01-2022, 11:32           
Putinə şikayət edilən kriminal başçı öldürüldü - FOTO
Rusiyanın Murmansk vilayətinin Umba qəsəbəsində yerli kriminal başçı hesab edilən Viktor Timçenko öldürülüb.

Bu barədə regional “SeverPost” agentliyi məlumat yayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətlin hansı şəraitdə törədildiyi hələ məlum deyil.

Agentlik xatırladıb ki, sakinlər dəfələrlə Timçenko və qardaşı Vladimirdən şikayət ediblər. Onlar hətta Rusiya Prezidenti Vladimir Putindən də kömək istəyiblər. Bununla bağlı ilk videogörüntü 2020-ci ilin iyununda çəkilib. Sakinlərin sözlərinə görə, Timçenko qardaşları daim həmyerlilərini döyüb, öldürməklə hədələyib, qul kimi işləməyə məcbur ediblər. Şikayət cəmiyyətdə geniş əks-səda doğurub.

Elə həmin ilin iyulunda lentə alınan başqa videogörüntüdə ilk görüntülərin müəlliflərindən biri Murmanskdan hüquq-mühafizə orqanları əməkdaşlarının təhqiqat üçün Umbaya gəldiklərini, lakin bunun onlara kömək etmədiyini söyləyib. İddialara görə, şahidləri qorxutmağa başlayıblar. Bu videoda cinayətkar qardaşların döydükləri və təhdid etikləri şəxslərin özləri danışıb.

Viktor Timçenkonun qətli Rusiyanın sosial şəbəkə istifadəçilərinin böyük marağı ilə qarşılanıb./report













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru