Kiyevdə qadın Rusiya dronunu pomidor bankası ilə vurub

8-03-2022, 09:29           
Kiyevdə qadın Rusiya dronunu pomidor bankası ilə vurub
Ukraynada bir qadının Rusiyaya məxsus PUA-nı pomidor bankası ilə vurduğu barədə məlumatlar yayılıb.

Hadisə Kiyevdə baş verib.

Məlumata görə, bir neçə gün öncə Yelena adlı qadın siqaret çəkmək üçün eyvana çıxıb. O, pilotsuz uçan aparatını görcək əlinə düşən ilk şeyi götürüb ona tərəf atıb.

“Yəqin ki, qorxduğum üçün belə etdim. Qorxmuşdum. Bəs oradan mənə atəş açsalar nə olacaq! Heyif o pomidorlardan”, - deyə Yelena bildirib.

O, həmçinin bildirib ki, aktiv döyüş əməliyyatlarına baxmayaraq, Kiyevdə qalmaq qərarına gəlib. Qadın məişət malları mağazasında işləyir və iki uşaq böyüdür.

Mənbə: unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru