Rusiyada vətəndaşlara nağd valyuta satışı müvəqqəti olaraq qadağan edilib
9-03-2022, 09:26
Rusiya Bankı (Mərkəzi Bank) nağd əməliyyatlar üçün müvəqqətiprosedur tətbiq edir.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın açıqlamasındadeyilir.
"2022-ci il martın 9-dan sentyabrın 9-dək Rusiya Bankıvətəndaşların xarici valyutada depozitlərindən və ya hesablarındanvəsaitlərin verilməsi üzrə aşağıdakı proseduru müəyyən edir. Xaricivalyuta hesablarında və ya depozitlərində olan bütün müştərivəsaitləri əmanət valyutasında saxlanılır və uçota alınır, müştəri10 min ABŞ dollarına qədər nağd, qalan vəsaiti isə çıxarılışgünündəki bazar məzənnəsi ilə rublla çıxara bilər", - deyə MərkəziBankdan bildirilib.
Bildirilib ki, vətəndaşlar yeni valyuta hesabları və əmanətləraça biləcəklər, lakin müvəqqəti olaraq onlardan rublla bazarməzənnəsi ilə vəsait çıxarmaq mümkün olacaq.
Qeyd edilib ki, banklar müvəqqəti olaraq vətəndaşlara nağdvalyuta satmayacaq, istənilən vaxt valyutanı rubla dəyişmək mümkünolacaq.