Bolqarıstan limanlarını Rusiya gəmiləri üçün bağlayır

9-03-2022, 11:25           
Bolqarıstan limanlarını Rusiya gəmiləri üçün bağlayır
Bolqarıstan öz limanlarını Rusiya gəmiləri üçün bağlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın nəqliyyat naziri Nikolay Sıbev bildirib.

O qeyd edib ki, bu, Avropa Komissiyası ilə razılaşmadan sonra baş verəcək.

“Nəqliyyat Nazirliyi Bolqarıstan limanlarının Rusiya bayrağı altında üzən gəmilər üçün bağlanmasının mümkünlüyünü təsdiqləyib, çünki biz müharibəni bitirməkdə maraqlıyıq. Avropa İttifaqı kifayət qədər effektiv iqtisadi blokada qura bildi və hesab edirik ki, bu, hazırda ən səmərəli addımdır”, - deyə nazir izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru