Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi

9-03-2022, 20:03           
Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verildi
Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

T. Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib.

Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub.

Yerli mətbuatın yazdığına görə, T.Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru