Donuz ürəyi köçürülən xəstə iki ay sonra vəfat etdi

10-03-2022, 09:21           
Donuz ürəyi köçürülən xəstə iki ay sonra vəfat etdi
Uğurlu əməliyyatdan iki ay sonra, 57 yaşlı ABŞ sakini Devid Bennet Merilend Universitetinin Tibb Mərkəzində dünyasını dəyişib.

Yanvarın əvvəlində yerli cərrahlar ona donuz ürəyini köçürüblər.

Bu, heyvandan insana ilk belə orqan transplantasiyası olub.

Ölümün dəqiq səbəbi məlum deyil.

Həkimlərin sözlərinə görə, kişinin vəziyyəti bir neçə gün əvvəl pisləşməyə başlayıb. Əməliyyatdan sonra ürək sürətlə kök salıb və normal fəaliyyət göstərməyə başlayıb.

Mənbə: “Tjournal”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru