NƏZARƏT-BURAXILIŞ MƏNTƏQƏSİ ATƏŞƏ TUTULDU, 5 UKRAYNALI HƏRBÇİ HƏLAK OLDU – Rəsmi açıqlama

10-03-2022, 18:28           
NƏZARƏT-BURAXILIŞ MƏNTƏQƏSİ ATƏŞƏ TUTULDU, 5 UKRAYNALI HƏRBÇİ HƏLAK OLDU – Rəsmi açıqlama
Jitomir vilayətində Staraya Kotelnaya kəndində nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması nəticəsində 5 hərbçi həlak olub.

Qafqaz.media xəbər verir ki, bu barədə Jitomir vilayəti dövlət administrasiyasının sədri Vitali Buneçko videomüraciətində bildirib.

"Dünən Korostendə UPG neft anbarı atəşə tutulub, 1 nəfər ölüb, neft məhsullarının partlaması baş verməyib. Bundan başqa, Staraya Kotelnaya kəndində nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması nəticəsində 5 hərbçi həlak olub, ikisi yaralanıb”, - deyə o bildirib.

Buneçkanın sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi müddətində Jitomir vilayətinə 40-dan çox hava zərbəsi endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru