Rusiyanın “Osa” hava hücumundan müdafiə sistemi məhv edildi - FOTO

10-03-2022, 18:43           
Rusiyanın “Osa” hava hücumundan müdafiə sistemi məhv edildi - FOTO
Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko Rusiyaya məxsus “Osa” hava hücumundan müdafiə sistemini məhv edib.

Qafqaz.media xəbər verir ki, o, öz “Telegram” kanalında düşmənin məhv edilmiş texnikasının fotolarını dərc edib.

Qeyd edək ki, “Osa” avtomatlaşdırılmış hərbi zenit-raket kompleksidir. Kompleks bütün hava şəraitinə uyğundur və bütün növ döyüş əməliyyatlarında motoatıcı (tank) diviziyasının qüvvə və vasitələrini əhatə etmək üçün nəzərdə tutulub.

Bundan əvvəl Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri “İsgəndər-M” ballistik operativ-taktiki raket komplekslərinin diviziyasını məhv edib. Eynilə, Kiyev vilayətində 72-ci motoatıcı briqada ilə rus işğalçıları arasında gedən şiddətli döyüş videoya çəkilib. Elə səhər saatlarından Ukrayna hərbçilərinin əks-hücuma keçdiyi xəbərləri gəlməyə başladı. Məlum oldu ki, gecə çətin keçib, səhər döyüşlər davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru