İŞİD liderinin öldüyü təsdiqlənib

11-03-2022, 09:16           
İŞİD liderinin öldüyü təsdiqlənib
Əl-Haşimi Əl-Qüreyşinin İŞİD-in yeni lideri olduğu elan edilib

İraq Şam İslam Dövləti (İŞİD) lideri Əbu İbrahim Əl-Haşimi Əl-Qüreyşinin və sözçüsü Əbu Həmzə Əl-Qureyşinin ölümü təsdiqlənib. AYNA xarici mediaya istinadən bildirir ki, Əbu Əl-Həsən Əl-Haşimi Əl-Qüreyşinin İŞİD-in yeni lideri olduğu elan edilib.

İraqın keçmiş lideri Səddam Hüseynin ordusunun əsgəri, iki ildən bir qədər çox müddətdə İŞİD-ə rəhbərlik edən Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi fevral ayında ABŞ xüsusi təyinatlılarının Suriyanın şimalında keçirdiyi reyd zamanı özünü partlatması nəticəsində həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru