Rusiya Ukraynada daha bir generalını itirdi 29-CU ORDUNUN KOMANDANI İDİ...,

11-03-2022, 20:17           
Rusiya Ukraynada daha bir generalını itirdi 29-CU ORDUNUN KOMANDANI İDİ...,
Rusiya ordusu Ukraynada daha bir generalını itirib. virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Telegram-kanalında bildirib. “Yaxşı xəbər var: bu gün Şərq Hərbi Dairəsinin 29-cu ordusunun komandanı, general-mayor Andrey Kolesnikov “200” (Rusiya ordusunda ölü hərbçilərə verilən kod, - red.) oldu”, - o yazıb. Geraşenko generalın hansı istiqamətdə və hansı şəraitdə öldürüldüyünü göstərməyib.

Bu, Rusiyanın Ukraynada itirdiyi sayca üçüncü (təsdiqlənmiş faktdan söhbət gedir) generalıdır. Bundan əvvəl Rusiya Mərkəz Hərbi Dairəsinin 41-ci ordusunun komandan müavini, general-mayor Vitali Gerasimov Xarkov ətrafında gedən döyüşlərdə öldürülmüşdü. O, Suriya və Çeçenistandakı hərbi əməliyyatlarda, habelə Krımın ilhaqında iştirak edib. Xeyli mükafatları vardı.

Daha əvvəl isə 41-ci ordunun digər komandan müavini, general Andrey Suxovetskinin Kiyev ətrafındakı döyüşlərdə öldürüldüyü məlum olmuşdu.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru