Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək
12-03-2022, 09:35
Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsullarından, dərman və tibbi ləvazimatdan ibarət olan humanitar yardım göndəriləcək.
“Report” xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq. Təyyarə saat 09.00-da havaya qalxacaq.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.