Rusiya Ukraynanın əsas radio kəşfiyyat mərkəzini sıradan çıxardı
12-03-2022, 12:28
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əsas radio kəşfiyyat mərkəzini dəqiq zərbə ilə sıradan çıxarıb.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.
"Vasilkovdakı hərbi aerodrom və Brovarıda Ukrayna Silahlı Qüvvələrinin əsas radio və elektron kəşfiyyat mərkəzi sıradan çıxarılıb", - Konaşenkov bildirib.