Ruslar Kiyev vilayətində “yaşıl” dəhlizdən keçən kalonu atəşə tutub – Ölənlər var
13-03-2022, 00:06
Rusiya hərbçiləri Kiyev vilayətində qadın və uşaqlardan ibarət kalona atəş açıblar.
TNS unian.net saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"Hadisə martın 11-də Peremoqa kəndindən (Barışevski rayonu) Ostroluçye kəndinə doğru – Rusiya Federasiyası ilə razılaşdırılmış “yaşıl” dəhliz boyunca insanları evakuasiya etmək istəyərkən baş verib. Atışma nəticəsində biri uşaq olmaqla 7 mülki şəxs həlak olub. Yaralıların dəqiq sayı hələlik məlum deyil”, - məlumatda bildirilib.
Məlumata görə, atışmadan sonra işğalçılar kalonun qalan hissəsini Pobeda kəndinə qayıtmağa məcbur ediblər və onları kənddən buraxmırlar. Hazırda onlarla əlaqə yaratmaq, insanlara humanitar və tibbi yardım göstərmək demək olar ki, mümkün deyil.