Ukraynada “yaşıl” dəhlizdən istifadə etmək istəyən əhali atəşə tutulub: Ölənlər var

13-03-2022, 10:05           
Ukraynada “yaşıl” dəhlizdən istifadə etmək istəyən əhali atəşə tutulub: Ölənlər var
Rusiya silahlı qüvvələrinin hərbçiləri Kiyev vilayətində içində qadın və uşaqların olduğu maşın karvanını gülləbaran ediblər.

Məlumata görə, hadisə dinc əhalinin Peremoqa kəndindən (Barışevski rayonu) Ostroluçye kəndinə doğru – Rusiya Federasiyası ilə razılaşdırılmış “yaşıl” dəhliz boyunca evakuasiyası zamanı baş verib.

“Bu vəhşi hərəkətin nəticəsində yeddi mülki şəxs həlak olub. Onlardan biri uşaqdır. Yaralıların dəqiq sayı hələlik məlum deyil”, - Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin məlumatında qeyd olunur.

Məlumatda həmçinin qeyd olunur ki, Rusiya ordusu sağ qalanları kəndə qayıtmağa məcbur edib və onlara yaşadıqları yeri tərk etməmək barədə xəbərdarlıq edilib.

Mənbə: Segodnya.Ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru