Daha bir Rusiya təyyarəsi Rubejnı üzərində VURULDU
14-03-2022, 00:04
"Ukrayna Silahlı Qüvvələri Rubejnı səmasında daha bir rus təyyarəsini vurub.
Publika.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Serqey Qayday məlumat verib.
O, həmçinin qeyd edib ki, Luqansk vilayətinin sakinləri hələ də sığınacaqlarda otururlar, çünki ruslar təkcə infrastruktura deyil, həm də yaşayış binalarına zərbələr endirir.
Qaydai bildirib ki, bölgədə havanın temperaturu xeyli aşağı düşüb, insanlar donur. Onlara yemək, dərman və isti paltar lazımdır.
Xatırladaq ki, daha əvvəl Sergey Qayday demişdi ki,Rusiya ordusu artıq Luqansk vilayətinin 70%-ni ələ keçiriblər.