Ukraynadan Kadırovla bağlı şok açıqlama: "Öldürüləcək"
14-03-2022, 08:57
Xəbər verdiyimiz kimi, Çeçenistan prezidenti Ramzan Kadırov Kiyev vilayətindəki "Kadırovçu" döyüşçüləri ziyarət etdiyini deyib. Ukrayna prezidentinin məsləhətçisi Aleksey Arestoviç məsələylə bağlı danışıb. O deyib ki, Kadırov Kiyevdədirsə, öldürüləcək:
"Əgər Ramzan Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, Ukrayna Silahlı Qüvvələri onu məhv edəcək".