Moskvalı jurnalist etirazını belə bildirdi VİDEOFOTO
15-03-2022, 08:03
usiyanın "Birinci kanal"da (dövlət kanalıdır) "Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada sizə yalan danışırlar" cümlələri yazılmış plakatla görünən jurnalist Mariya Ofsyannikova ehtirama layiqdir. Mənim nəzərimdə, Putin kimi şərəfsizlər heç o qadının dırnağına da dəyməz. Azərbaycan jurnalistikası da bugündədir. Rəsmi təbliğat abır-həyasını çoxdan itirmiş jurnalistlərin əlindədir. Namuslu sözün keşiyində dayanan qələm sahibləri isə oyundan kənar vəziyyətdədir. Ona görə də iqtidarın nəzarətində olan media yalan püskürür. Utanıb qızarmadan xalqı aldadır... Əlbəttə, nə vaxtsa bu murdarlığa son qoyulacaq. Ancaq nə vaxt? Bunu əlahəzrət Zamandan başqa kimsə bilməz...