Nazarbayevin qardaşı oğlu həbs olundu

15-03-2022, 09:31           
Nazarbayevin qardaşı oğlu həbs olundu
Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulını iki ay müddətinə həbs edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinin Mətbuat xidməti yayıb.

Xatırladaq ki, Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları martın 13-ü Kayrat Satıbaldıulını vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsində şübhəli bilərək saxlayıb.

Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki “Əmanət” partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru