Bank VTB sanksiya altındadır - Azərbaycanda da dollar və avro qəbul etməyəcək

15-03-2022, 10:11           
 Bank VTB sanksiya altındadır -
Qərb cəbhəsinin Rusiyaya tətbiq etdiyi sanksiyaların nəticələrinin Azərbaycana təsirləri müzakirə olunmaqda davam edir. Azərbaycanda yerləşən Rusiya bankları və əmanətçilərin əmanətinin taleyi müzakirə mövzuları sırasındadır. Dia.az xəbər verir ki, Bizim.Media-a məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Əkrəm Həsənov qeyd edir ki, həmin banklar hər bir halda Azərbaycan banklarıdır, kapitalları Rusiyaya daxildir:

“Bu banklar Bank VTB və Yelo bankdır. Onlar Azərbaycan bankı olduğu üçün, valyutalaşma əməliyyatlarını əvvəlki kimi icra edəcəklər”.

Əkrəm Həsənov sanksiya altında olan bankın sadəcə Bank VTB olduğunu bildirib:

“Bizim ərazimizdə Bank VTB Azərbaycan var. Yəni, Rusiya bankının törəmə bankıdır. Artıq onun Avropa və ya ABŞ-a dollar və avro ilə valyutalaşma əməliyyatlarında problemlər ola bilər”.

Ekspert Rusiya ilə bank əlaqələrinin fərqli olacağına açıqlıq gətirib:

“Rusiya, keçmiş MDB ölkələri ilə, bir sözlə Rusiyaya qarşı sanksiya tətbiq etməyən ölkələrlə dollar və avro istisna olmaqla, digər valyutalarla əməliyyatlar keçirilə biləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru