NATO 30 min əsgər və 220 təyyarənin iştirakı ilə təlimlərə başladı 15-03-2022, 11:24 Norveçdə NATO-nun “Soyuq cavab-2022” adlı hərbi təlimləri başlayıb.“Report” “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir.Təlimlərə 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub.NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir.Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib. Facebook-da paylaş