Rusiya gəmiləri Odessanı atəşə tutub

16-03-2022, 10:42           
Rusiya gəmiləri Odessanı atəşə tutub
Gecə yarısı Rusiya gəmiləri Odessa vilayətinin Tuzla kəndi yaxınlığındakı Ukrayna sahillərini atəşə tutub.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, gəmilərdən Ukrayna sahilləri raket və artilleriyadan atəşə tutulub.

"Uzaq məsafədən böyük miqdarda sursat atdılar. Onlar sahil müdafiə sistemini sınaqdan keçirmək istəyirdilər. Nəticə əldə etmədilər", - Geraşenko yazıb.

O əlavə edib ki, qoşunları yerə endirmək cəhdi olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru