Yaponiyanın oyuncaqlar şirkəti Ayın səthinə mini-robot göndərməyi planlayır

16-03-2022, 12:08           
Yaponiyanın oyuncaqlar şirkəti Ayın səthinə mini-robot göndərməyi planlayır
Yaponiyanın oyuncaqlar istehsal edən “Tomy” şirkəti Ayın səthində tədqiqatlar aparmaq üçün kiçik transformer robotunu ictimaiyyətə təqdim edib.

AZƏRTAC xəbər verir ki, 8 santimetr diametrində olan “Sora-Q” adlı robotun ümumi çəkisi 250 qramdır. “Tomy”, Yaponiya Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) və “Sony Group” korporasiyası bu robotun hazırlanmasına təqribən altı il vaxt sərf ediblər.

Bildirilir ki, elliptik formada olan robotun korpusu təkərlər formasına düşərək onun Ayın səthində hərəkət etməsinə imkan yaradır. Həmçinin, “Sora-Q” Ayda çəkilişlər aparmaq üçün ön və arxa kameralarla təchiz edilib.

“Tomy” şirkətinin əməkdaşı qeyd edib ki, oyuncaqlar şirkəti kosmik zonda yerləşə biləcək robotun hazırlanmasında iştirakdan məmnundur.

Həmin robotun qarşıdakı 12 ayda iki dəfə Aya göndərilməsi planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru