Canlı yayımda "Müharibəyə yox" deyən qadın jurnalist 14 saat dindirilib - VİDEO

16-03-2022, 12:28           
Canlı yayımda "Müharibəyə yox" deyən qadın jurnalist 14 saat dindirilib - VİDEO
Rusiyanın “Birinci kanal”ında yayımlanan “Vremya” verilişinin canlı efiri zamanı kameralar qarşısında əlində “Müharibəyə yox” sözləri yazılmış plakat açan redaktor Marina Ovsyannikova məhkəmədən sonra ilk dəfə danışıb. O, 14 saat dindirildiyini deyib:

“Mən hər kəsə dəstək üçün təşəkkür etmək istəyirəm. Bu, həqiqətən, mənim həyatımda çox çətin günlərdir. Mən iki sutka yuxusuz qaldım. Dindirilmə 14 saatdan çox davam etdi. Qohumlarım və yaxınlarımla əlaqə saxlamağa icazə vermirdilər, mənə heç bir hüquqi yardım göstərmirdilər”.

Qeyd edək ki, məhkəmə redaktoru 30 min rubl (303 AZN) məbləğində cərimə edib. (“Delfi.lv”)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru