Malta dünyanın ilk virtual vətəndaşı Mariyanı təqdim edib

16-03-2022, 11:27           
Malta dünyanın ilk virtual vətəndaşı Mariyanı təqdim edib
Malta süni intellekt texnologiyası ilə daha bir ilkə imza ataraq dünyanın ilk virtual vətəndaşını -Mariyanı yaradıb.

Bizim.Media xəbər verir ki, Mariya, 11 mart 2022-ci il tarixində Turizm və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyinin təşkil etdiyi “Rəqəmsal Turizm Yol Xəritəsi: 2030” konfransında ilk virtual vətəndaşlıq tətbiqinin istifadəyə verilməsi ilə təqdim edilib.

Virtual reallıq, süni intellekt və metaversenin bütün imkanlarını bir araya gətirən virtual vətəndaşlıq proqramı turizm sektorunda bir ilk olması baxımından da diqqət çəkməyi bacarıb.

Bildirilib ki, dünyanın ən kiçik ölkələrindən biri olan Maltanın tarixi və mədəni dəyərlərinə dərindən bələd olan Mariya virtual olaraq bütün turistlərə bələdçilik etməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru