Azərbaycanlının intiharında təqsirləndirilən vəzifəli şəxs saxlanıldı: HƏBS EDİLƏCƏK

17-03-2022, 00:05           
Azərbaycanlının intiharında təqsirləndirilən vəzifəli şəxs saxlanıldı: HƏBS EDİLƏCƏK
Moskvanın Xoroşevski məhkəməsində işləyən məhkəmə icraçısı Cəmil Axundovun intiharının səbəbi məlum olub.

İntiharla bağlı Cəmil Axundovun şöbə müdiri Yan Poçatkov saxlanılıb. Müstəntiqlər sübut ediblər ki, məhz Poçatkov Cəmil Axundovu intihar həddinə gətirib çatdırıb.

İstintaq materiallarından məlum olub ki, 2018-ci il dekabrın 3-dən 2021-ci il iyulun 9-dək o, dəfələrlə Axundova qarşı alçaldıcı hərəkətlər edib və ona psixi təsirlər göstərib. Poçatkov məhkəmə işçiləri qarşısında bir neçə dəfə Axundova fiziki güc də tətbiq edib.

Artıq Poçatkovun həbs olunması barədə təqdimat verilib.

Mənbə: Kommersant.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru