Məşhur hərrac evləri Rusiya müəlliflərinin əsərlərindən imtina etdi
17-03-2022, 07:45
“Sotheby’s” və “Christie’s” hərrac evləri Rusiya incəsənət nümunələrinin hərraclarını ləğv edib. Sözügedən qərar Rusiya qoşunlarının Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat”ı fonunda qəbul edilib.
Qeyd edək ki, “Sotheby's” hərrac evində Rusiya müəlliflərinin əsərlərinin 2021-ci ilin noyabrında ticarət həcmi 17,7 milyon funt-sterlinq təşkil edib.