Kanadada RT və “RT France” telekanallarının yayımı dayandırılıb

17-03-2022, 08:57           
Kanadada RT və “RT France” telekanallarının yayımı dayandırılıb
Kanada hakimiyyəti Ukraynada baş verən hadisələr fonunda RT (Russia Today) və “RT France” telekanallarının ölkədə yayımını qadağan etmək qərarına gəlib.

Bu barədə ölkənin Yayım Komissiyasının yaydığı bəyanatda bildirilib.

“Komissiya hesab edir ki, RT və “RT France”ın yayımına icazə verilməsi ictimai maraqlara uyğun deyil”, - bəyanatda qeyd olunub.

Komissiya öz qərarı ilə RT və “RT France”ı Kanadada yayımlanmasına icazə verilmiş telekanallar siyahısından çıxarıb.

“Kanada yayımçılarının artıq bu kanalların məhsullarını Kanadada yaymaq səlahiyyəti yoxdur”, - bəyanatda vurğulanıb.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru