Neft ardıcıl ucuzlaşmaların ardından bahalaşdı

17-03-2022, 12:21           
Neft ardıcıl ucuzlaşmaların ardından bahalaşdı
Dünya birjalarında neft ardıcıl ucuzlaşmaların ardından bahalaşıb.

“Paralel.az ”ın məlumatına görə, buna səbəb Beynəlxalq Enerji Agentliyinin (IEA) açıqladığı hesabat olub. Agentlik dünya bazarının aprel ayından etibarən günlük üç milyon barel Rusiya xam və emal olunmuş neft məhsullarını itirə biləcəyini bildirib.

Nəticədə, “Brent” markalı neft fyuçersləri ardıcıl üç ticarət sessiyasında ucuzlaşdıqdan sonra 1,8 dollar və ya 1,9% artaraq 99,86 dollar olub.

ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin qiyməti isə 1,6 dollar və ya 1,7% artaraq 96,67 dollar olub.

Hər iki markalı neft ötən gün ABŞ-ın xam neft ehtiyatlarında gözlənilməz sıçrayışdan və Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyiş əlamətlərindən sonra aşağı düşmüşdü.

IEA hesabatında neft təklifindəki itkinin gözləniləndən çox olacağı qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru