Zelenski: "Görüntülər saxtadır, bu mən deyiləm..." - VİDEO

17-03-2022, 11:39           
Zelenski: "Görüntülər saxtadır, bu mən deyiləm..." - VİDEO
Sosial şəbəkələrdə prezident Vladimir Zelenskinin Ukrayna qoşunlarını silahı yerə qoymağa çağırdığı feyk video yayılıb.
Yeniavaz.com “BBC”yə istinadən xəbər verir ki, dodaqları audio ilə sinxron hərəkət etsə də, Zelenskinin başı fərqli görünür və səsi də onunku kimi səslənmir.
Feyk videonun kadrı dünən Ukraynanın “Ukrayna 24” telekanalının saytında yayılıb və mesajın mətni qısa müddət ərzində televiziyada da yayımlanıb.
“Ukrayna 24” telekanalı açıqlamasında bildirib ki, onun internet saytı sındırılıb. Vebsayt əvvəllər əlçatmaz olsa da, lakin sonradan bərpa edilib.
Zelenski İnstaqramda yerləşdirdiyi videoda paylaşılanların saxta olduğunu bildirib:
“Mən yalnız rus hərbçilərinə silahlarını yerə qoyaraq evə getməyi təklif edə bilərəm”.
Həmin feyk videonu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru